“Fənərbaxça”da fövqəladə qurultay təyin olunub

Fidan Məmmədli
1 Min Read

“Fənərbaxça”da sentyabr ayında fövqəladə qurultay keçirilməsi qərara alınıb.

Bunu klubun prezidenti Ali Koç açıqlayıb.

O, qurultayda prezident seçkilərinin baş tutacağını da söyləyib.

“İstədiyimiz hədəfə çata bilmədiyimiz bir dövrü geridə qoyuruq. Bütün məsuliyyət bizdədir. Amma unudulmamalıdır ki, 14 ildə cəmi bir çempionluğumuzun olması problemin sadəcə şəxslər və rəhbərliklə bağlı olmadığını göstərir.

Klubumuzun imza toplayaraq seçimlərə getməsi gələcəkdə ciddi problemlər yaradacaq, bağlanmayan yaralar açacaq. İctimaiyyətin səmimi və yaradıcı tənqidlərini diqqətə aldıq və tələbləri hörmətlə qarşıladıq. Bütün haqsızlıqlara baxmayaraq, sonuna qədər mübarizə aparmağa davam edəcəm”.

Mənbə

    Share This Article
    Şərh edilməmiş