=247press-in məlumatına görə, Türkiyə Superliqasında 33-cü turun sonuncu oyunu keçirilib. Fənərbaxça səfərdə Qaziantep ilə qarşılaşıb. Görüş, İstanbul komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı ilk hissədə meydan sahibləri açsa da, sarı-lacivərdlilər ikinci yarıda oyunda dominantlıq göstərərək üç qol vurublar. Bu qalibiyyətdən sonra Fənərbaxça xallarını 75-ə çatdırıb və əzəli rəqibi Qalatasaray ilə xal fərqini 2-yə endirib.
Mənbə