Faciəli şəkildə ölən şəxs sabiq məmur imiş

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Lənkəranın Vələdi kəndində bədbəxt hadisə baş verib. 66 yaşlı Əzizağa Ağayev balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Onun qohumu Aqil Rzayev hadisə ilə bağlı məlumatda danışıb.

"Balıq tutmağa getmişdi, bir də eşitdik ki, elektrik vurması səbəbindən dünyasını dəyişib. Çox gözəl insan idi", – deyə Aqil Rzayev bildirib.

Qeyd edək ki, Əzizağa Ağayev uzun müddət Lənkəranda yüksək vəzifədə çalışıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı süjetdə:

Lənkəran rayonunda balıqçı bədbəxt hadisə nəticəsində ölüb.

Məlumatda deyilir ki, hadisə rayonun Velədi kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 1966-cı il təvəllüdlü Əzizağa Şirəli oğlu Ağayev çayda balıq tutmağa gedib. O, qarmağı çaya atarkən yüksəkgərginlikli elektrik xəttinə ilişib. Nəticədə Ə.Ağayevi elektrik cərəyanı vurub öldürüb.

Onun meyiti sakinlər tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Aqil Vəlili

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş