Fransa Baltikyanı ölkələrə kəşfiyyat gəmisi göndərib

Fidan Məmmədli
0 Min Read

Fransa Rusiyanın bölgədəki fəaliyyəti ilə əlaqəli ola biləcək radio siqnallarını tutmaq üçün “Dupuy de Lome” kəşfiyyat gəmisini Baltik dənizinə göndərib.

Bu barədə Almaniyanın “Kieler Nachrichten” qəzeti məlumat yayıb.

Məlumata görə, gəmi mayın 16-dan Baltik dənizindədir. Fransa tərəfi “Dupuy de Lome”nin regiona göndərilməsi faktını rəsmən təsdiqləməyib.

Qeyd edilir ki, “Dupuy de Lome” elektron kəşfiyyat üçün nəzərdə tutulub.

Mənbə

    Share This Article
    Şərh edilməmiş