“Fransa əhalisinin beşdəbiri müsəlmandır. Amma bu müsəlman icması kasıbdır. Onların islamofobiyaya qarşı mübarizə aparmaq üçün nə maliyyəsi, nə də imkanları var. Ona görə də, bizə konkret kömək lazımdır. Sadəcə danışmaq yox”.
Bunu məlumata görə, fransalı jurnalist Jan Mişel Brun deyib.
“Fikrimcə, islamofobiyadan xəbərdar olan bütün ölkələr konkret yardım etməlidir, təkcə sözlərlə kifayətlənməməlidir. İslamofobiya media vasitəsilə yayılır. Fransada vəziyyət xüsusidir. İndi Fransadakı media bəzi ifrat sağçı milyonerlərin nəzarətindədir. Onlar islamofob mühiti daha da dərinləşdirirlər”, – deyə o qeyd edib.
Ətraflı süjetdə: