Goranboyda kafedə iki nəfər bıçaqlanıb

Fidan Məmmədli
0 Min Read

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb. Kənd sakinləri – 1985-ci il təvəllüdlü Z.Muradov və 1987-ci il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Araşdırma zamanı məlum olub ki, onlar mübahisə zəminində 1981-ci il təvəllüdlü V.Sarıyev tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

    Share This Article
    Şərh edilməmiş