Göyçayda 51 yaşlı kişinin əməliyyat zamanı QƏFİL ÜRƏYİ DAYANIB

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Göyçay rayonunda əməliyyat zamanı vəfat edən şəxsin ölüm səbəbi məlum olub.

Məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, şəxsin “ağciyər arteriyasının tromboemboliyası” diaqnozundan öldüyü ehtimal edilir:

“Mayın 5-də saat 9:35 radələrində 1974-cü il təvəllüdlü (kişi cinsli) şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə “ikitərəfli varikosele” diaqnozu ilə əməliyyata qəbul edilib.

Əməliyyat öncəsi xəstə bütün laborator və instrumental müayinələrdən keçirilib, əməliyyat üçün hər hansı əks göstəriş aşkar edilməyib. Həmçinin əməliyyat zamanı həmin şəxsdə heç bir patoloji hal müşahidə olunmayıb. Xəstənin hemodinamikası stabil olub. Lakin dəri tikişlərinə başlanılarkən ani ürək dayanması müşahidə edilib. Zəruri tibbi yardımlar və reanimasiya tədbirlərinə baxmayaraq, xəstədə bioloji ölüm baş verib. Ölüm səbəbi kimi “ağciyər arteriyasının tromboemboliyası” diaqnozu ehtimal olunur”.

Aygün Mirakif

Göyçay rayonunda əməliyyat zamanı ölüm hadisəsi qeydə alınıb.

Məlumatda deyilir ki, mayın 5-də Göyçay Rayon Mərkəzi Xəstəxanasında Ucar rayon sakini 1974-cü il təvəllüdlü Vidadi Əliyar oğlu İsgəndərov damar əməliyyatı zamanı ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Aytac Qasımova

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş