Göyçayda piyadanın ölümü ilə nəticələnən qəzanın yeni detalları məlum olub.
Məlumata görə, dünən saat 22 radələrində Göyçay şəhəri ərazisində Yasin Yaqubov idarə etdiyi VAZ markalı avtomobillə yolu keçən piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub.
Piyada zərbənin təsirindən yolun əks istiqamətinə yıxılıb və hərəkətdə olan “Opel” markalı avtomobil onun üzərindən keçib.
E.Hüseynov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumatda deyilir ki, hadisə bugün saat 22 radələrində Göyçay şəhəri ərazisində qeydə alınıb.
Yasin Yaqubov idarə etdiyi VAZ markalı avtomobillə hərəkətdə olarkən piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.