Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Fidan Məmmədli
0 Min Read

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 9 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, məhkum Nahid Nicad oğlu Xudaverdiyevə gətirilmiş sovqata baxış keçirilən zaman plastik yağ qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 10,760 qram qurudulmuş marixuana və ümumi çəkisi 4,785 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

    Share This Article
    Şərh edilməmiş