Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
2 Min Read

Bu həftəsonu Avropanın yaşıl meydanları bir sıra maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.

Məlumata görə, mayın 10-da İtaliya A Seriyasında “Yuventus” “Latsio”nun qonağı olacaq. Hər iki klubun 63 xalı var.

Almaniya Bundesliqasında mayın 10-da 50 xalla altıncı olan “Leypziq” doğma meydanda 47 xalla səkkizinci yerdə qərarlaşan “Verder Bremen”i sınağa çəkəcək.

Mayın 11-də isə “Bayer Leverkuzen” – “Borussiya Dortmund” qarşılaşması baş tutacaq. Hazırda leverkuzenlilər 68 xalla ikinci, dortmundlular isə 51 xalla beşincidirlər.

Mayın 11-də İngiltərə Premyer Liqasında da maraqlı qarşılaşmalar olacaq. Eyni xala malik olan “Nyukasl” və “Çelsi” kollektivləri üz-üzə gələcəklər. Hər iki klub 63 xalla 4-5-ci yerləri bölüşür.

Çempionluğunu rəsmiləşdirən “Liverpul” hazırda 67 xalla ikinci yerdə qərarlaşan “Arsenal”la üz-üzə gələcək.

Bu həftəsonu azarkeşlərin böyük səbirsizliklə gözlədiyi qarşılaşmalardan biri də “Barselona” və “Real Madrid” kollektivləri arasında mayın 11-də baş tutacaq. Katalon təmsilçisi hazırda 79 xalla birinci, madridlilər isə 75 xalla ikincidirlər.

Türkiyə Superliqasında mayın 10-də “Trabzonspor” – “Qalatasaray” qarşılaşması baş tutacaq. “Qalatasaray” hazırda 83 xalla liderdir, 46 xala malik “Trabzonspor” isə sıralamada səkkizinci yeri tutur.

10 may

İtaliya A seriyası

Saat 20:00, “Latsio” – “Yuventus”.

Almaniya Bundesliqası

Saat 17:30, “Verder Bremen” – “Leypziq”.

Türkiyə Superliqası

Saat 20:00, “Trabzonspor” – “Qalatasaray”.

11 may

Almaniya Bundesliqası

Saat 17:30, “Bayer Leverkuzen” – “Borussiya Dortmund”.

İngiltərə Premyer Liqası

Saat 15:00, “Nyukasl” – “Çelsi”;

Saat 19:30, “Liverpul” – “Arsenal”.

İspaniya La Liqası

Saat 18:15, “Barselona” – “Real Madrid”.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş