Hərbi xidmətə getməyə hazırlaşan tələbənin faciəli sonu

1 Min Read

Ötən gün ağır qəzada həlak olan Əşrəfin atası da bir neçə il əvvəl vəfat edibmiş.

Məlumata görə, o, ali məktəbə hazırlaşdığı dövrdə atasını itirib. Həmin vaxtdan etibarən ailənin yükü də Əşrəfin üzərinə düşüb.

Belə ki, 4-cü kurs tələbəsi olan Əşrəf iki bacısı, anası və bibisinə baxırmış. O, yaxın zamanlarda hərbi xidmətə yollanacaqdı. Hərbi xidmətdən qayıtdıqdan sonra isə ailəsinə dəstək olmağı planlaşdırıbmış.

Qeyd edək ki, Ə.Mirzəyev əslən Şərur rayonunun Dizə kəndindən olub. Onlar Bakıda məskunlaşıblar.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi vəfat edib.

Məlumatda deyilir ki, bu barədə ADBTİA məlumat yayıb.

Belə ki, universitetin son kurs tələbəsi Əşrəf Mirzəyev bu gün səhər baş verən yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Qeyd edək ki, Sadəddin Əjdər oğlu Ağakişiyev etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, 77-KZ-106 dövlət qeydiyyat nişanlı avtomobillə Samir Sabir oğlu Məmmədovun idarə etdiyi “Minsk” markalı mopedlə toqquşub.

Nəticədə mopeddə olan sərnişin Əşrəf Nəsrəddin oğlu Mirzəyev almış olduğu müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version