2024-cü ildə ortamüddətli xərclər çərçivəsi (OMXÇ) tətbiq olunduğu pilot bölmələr (“Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi”) üzrə vəsaitlərin istifadəsi ilə bağlı monitorinq aparılıb.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, bununla bağlı monitorinq nəticələri hazırda qiymətləndirilir. Monitorinqin nəticələri qanunvericiliyə uyğun olaraq 15 avqusta qədər dərc olunacaq.
Qeyd edək ki, 2024-cü ildə OMXÇ üzrə təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi ilə bağlı 25 proqramın icrasına büdcədən 5 mlrd. 847,7 mln. manat vəsait sərf edilib.
Bununla belə, Hesablama Palatası bu proqramların icrasında bəzi nöqsanlar aşkarlayıb. Qeyd olunub ki, hazırkı vəziyyətdə OMXÇ-də planlama ilə icra, məqsədlə nəticə arasında sistemli boşluqlar mövcuddur.