APA-ya istinadən 247press-in əldə etdiyi məlumata görə, HƏMAS nümayəndə heyəti Misirdəki vasitəçilərlə Qəzza zolağında atəşkəs razılaşmasını müzakirə edərək birdəfəlik girov mübadiləsinə və beş illik atəşkəsə hazır olduqlarını açıqlayıb.
Məlumatda bildirilib ki, HƏMAS-ın nümayəndə heyəti Qəzza zolağında atəşkəs və girovların mübadiləsi ilə bağlı danışıqların bir hissəsi olaraq Misirin paytaxtı Qahirəyə gəlib. Heyət burada beş illik atəşkəs şərtilə girovları azad etməyə hazır olduqlarını deyib.
Həmas rəsmisi Mahmud Mərdəvi isə Qahirədə aparılan danışıqlarla bağlı açıqlamasında bildirib ki, “Bu dəfə biz müharibənin bitdiyinə dair zəmanət tələb edəcəyik. İşğalçı qismən razılaşdıqdan sonra müharibəyə qayıda bilər. Lakin hərtərəfli razılaşma və beynəlxalq zəmanət olmadan bunu edə bilməyəcək.”
Mənbə
Leave feedback about this