Amerikalı model və sahibkar Heyli Biber özünün “Rhode” kosmetika brendini 1 milyard dollara satıb.
Bu barədə CNN məlumat verib.
Qeyd olunur ki, brendi “E.L.F. Cosmetics” şirkəti alıb. Məlumatda deyilir ki, Biber özü şirkətin baş kreativ direktoru və innovasiyalar departamentinin rəhbəri vəzifəsini tutacaq.
Xatırladaq ki, Heyli Biber 2022-ci ildə özünün “Rhode” kosmetika brendini təsis edib. Brend modelin atasının adının şərəfinə adlandırılıb. “Rhode”un son maliyyə ilində qazancı 212 milyon dollar olub.