Hindistanın Baş naziri Narendra Modi müdafiə naziri Racnath Sinqh və ölkənin silahlı qüvvələrinin komandanlığı ilə görüş keçirib. Görüş, Cammu və Kəşmirin Pahalqam bölgəsində turistlərə qarşı həyata keçirilmiş terror aktından sonra təşkil edilib.
Modi, keçirilən iclasa müdafiə naziri, milli təhlükəsizlik üzrə müşavir Acit Kumar Doval, müdafiə qərargahının rəisi Anil Çauhan və silahlı qüvvələrin üç əsas növünün rəhbərləri ilə başçılıq edib. O, silahlı qüvvələrin, Hindistanın təhlükəsizliyinə qarşı təhdidlərə cavab verərkən tam sərbəstliyə malik olduğunu vurğulayıb.
Eyni zamanda, polis və Milli Təhlükəsizlik Qvardiyası Cammu və Kəşmirin ittifaq ərazisində asayişi təmin etmək üçün təlim keçirib.
Mənbə
Leave feedback about this