Hindistanda dini ayində izdiham nəticəsində 6 nəfər ölüb, 50 nəfər yaralanıb

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Hindistanın Qoa ştatında dini ayinin yerinə yetirilməsi zamanı yaranan izdihamda azı 6 nəfər ölüb, 50 nəfər yaralanıb.

Məlumata görə, bu barədə məlumat yayıb.

“Qoa ştatının Şirqao şəhərindəki məbəddə hər il keçirilən “Lairai Devi Catra” yürüşü zamanı baş verən izdiham nəticəsində azı 6 nəfər ölüb, 50-dən çox adam ağır yaralanıb”, – məlumatda deyilir.

İlkin məlumata görə, faciə tədbirdə böyük izdihamı nəzarət altına almaq üçün tədbirlərin görülməməsi səbəbindən baş verib.

Qeyd edək ki, yanvar ayında da Hindistanın Prayaqrac şəhərində “Kumbh Mela” dini festivalı zamanı izdihamda azı 15 nəfər həlak olmuşdu.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş