Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Təl-Əvivdəki Ben Qurion hava limanına raket zərbələri endiriblər.
Bu barədə husilərin nümayəndəsi Yəhya Səriə “Al Masirah” telekanalının efirində açıqlama verib.
Onun sözlərinə görə, hücum zamanı iki ballistik raketdən istifadə olunub:
“Əməliyyat öz məqsədinə çatıb və milyonlarla insanı bomba sığınacaqlarında gizlənməyə məcbur edib. Aeroportda hava əlaqəsi bir saat müddətinə dayandırılıb”.
Y.Səriə iddia edib ki, zərbələrdən biri “Fələstin-2” hipersəsli ballistik raketi ilə endirilib.