May 1, 2025
Mətbuat pr 32, Bakı
Husilər İsrailin Təl-Əviv və Aşkelondakı hədəflərinə zərbələr endirib
Asiya

Husilər İsrailin Təl-Əviv və Aşkelondakı hədəflərinə zərbələr endirib

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri İsrailin Tel-Əviv və Aşkelondakı hədəflərinə dörd pilotsuz təyyarə ilə zərbə endirib.

Məlumata görə, bu barədə husi silahlılarının sözçüsü Yəhya Sariya bildirib.

“Yəmən silahlı qüvvələri ikiqat əməliyyat keçirərək, İsrailin Yaffo bölgəsindəki mühüm hərbi obyektlərinə üç pilotsuz uçuş aparatı ilə hücum edib. Həmçinin bir pilotsuz uçan aparatı ilə işğal altındakı Aşkelondakı kritik obyektə hücum edib”, – o bildirib.

İsrail ordusu ölkənin hava məkanına şərqdən yaxınlaşan pilotsuz uçuş aparatının qarşısını aldığını açıqlayıb. Ordunun mətbuat xidməti bildirib ki, pilotsuz təyyarə İsrail hava məkanına girməzdən əvvəl ələ keçirilib.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video