Huşunu itirən azərbaycanlı avtobusun altında qalıb öldü – Video

Fidan Məmmədli
0 Min Read

İstanbulda küçədə səki ilə hərəkət edən Azərbaycanəsilli  şəxs faciəvi şəkildə həlak olub.

Məlumata görə, hadisə dünən səhər saatlarında qeydə alınıb.

Sözügedən şəxs səki ilə hərəkət edərkən özünü pis hiss edib və huşunu itirərək yolun hərəkət hissəsinə yıxılıb. Bu zaman o, yoldan keçən avtobusun altında qalaraq oradaca həlak olub.

Hadisənin görüntüləri yaxınlıqda yerləşən obyektin kamerasına əks olunub.

Həmin görüntüləri təqdim edirik:

Mənbə

    Share This Article
    Şərh edilməmiş