II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın Xalq artisti Fidan Hacıyeva “Arzu” adlı solo konsert verdi. Konsertdə Leyla Əliyevanın şeirləri və Eldar Həsənovun musiqisi ifa olundu. “Sənət” Uşaq Musiqi və İncəsənət Mərkəzində keçirilən tədbirdə şeirlərin müəllifi Leyla Əliyeva da iştirak etdi. Vokal əsərlər balet artistləri tərəfindən xoreoqrafik nömrələrlə müşayiət edildi. Səsləndirilən romanslar arasında “Səni niyə belə sevirəm”, “Bir söz söylə”, və “Arzu” da var.
Festival aprelin 23-dən 29-dək Bakıda baş tutur və tanınmış azərbaycanlı və xarici ifaçılar, gənc opera müğənniləri ilə yanaşı, 6-16 yaş arası istedadların iştirakı ilə konsertlər təşkil olunur.
Mənbə
Leave feedback about this