Ukrayna Prezidenti Volodimir Zelenski 1 il 8 ay ərzində Braziliya lideri Lula da Silvaya görüşlə bağlı təkliflər ünvanlayıb.
Məlumata görə, bu barədə məlumatı anonim ukraynalı diplomata istinadən verilən məlumatda qeyd edilib.
Bildirilib ki, ümumilikdə 6 məktub göndərilib və onların hər biri cavabsız qalıb.
Məlumatda deyilir ki, Braziliya prezidentinə göndərilən məktublardan ikisi Ukraynadakı münaqişə ilə bağlı beynəlxalq sammitə dəvət olub.
Mənbəyə əsasən, həmçinin qeyd edilib ki, Ukrayna görüşlə bağlı yeni dəvətlər göndərməyəcək.
Qeyd edək ki, 2024-cü ilin payızında V.Zelenski braziliyalı həmkarına Rio-de-Janeyroda G20 sammiti zamanı görüş təklif edib.
Braziliya tərəfi isə sözügedən tədbirin görüş üçün uyğun olmadığını bildirib. Belə ki, sammit aclıq və yoxsulluqla mübarizə, eləcə də dayanıqlı inkişafa həsr edilmişdi. Nəticədə Ukrayna sammitdə iştirak etməmişdi.
Onu da xatırladaq ki, tərəflər arasında sonuncu görüş 2023-cü ilin sentyabrında Nyu Yorkda baş tutub.