İlham Əliyev: Azərbaycan və Macarıstan bənzər çağırışlarla üz-üzədir

Fidan Məmmədli
1 Min Read

Macarıstan-Azərbaycan əlaqələri sürətlə inkişaf edir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqlar var:

“Ölkələrimizin əhalisinin təxminən eyni olması, ərazi ölçülərimiz də çox yaxın olması oxşarlıqlardır. Həmçinin Macarıstan müharibə aparan ölkə ilə sərhəddir, Azərbaycan da başqa bir müharibə aparan ölkə ilə sərhəddir. Bu oxşarlıqlar onu deməyə əsas verir ki, biz həm də bənzər çağırışlarla üz-üzəyik”.

Azərbaycan Prezidenti vurğulayıb ki, Azərbaycan müharibəni 44 günə bitirib və bu müharibə beynəlxalq hüquq çərçivəsində aparılıb:

“Azərbaycan ordusu qalib gəldi və orduda müharibə dövründə bir nəfər belə fərari olmadı, Ermənistan tərəfinin özünün yaydığı məlumata görə isə onlarım ordusunda 12 min fərarı ölüb. Müharibədən sonra sülhün də, sülh müqaviləsinin mətninin də təşəbbüskarı Azərbaycan olub”.

    Share This Article
    Şərh edilməmiş