Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edib.
Məlumatda deyilir ki, tədbir çərçivəsində dövlət başçısının Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub.
Sözügedən tədbirdə tərəflər arasında maraqlı dialoq da yaşanıb. Belə ki, Paşinyan Azərbaycan Prezidentini kofe içməyə dəvət edib. Prezident İlham Əliyev isə indi söhbət etdiyini, daha sonra yaxınlaşacağını bildirib.
Həmin anın videosunu təqdim edirik: