Türkiyənin tanınmış aktrisası Melisa Aslı Pamuk və həyat yoldaşı, futbolçu Yusuf Yazıcı ilk dəfə övladlarınn üzünü göstəriblər.
Məlumata görə, Yusuf övladı və xanımı ilə fotosunu instaqram hesabında paylaşıb.
Onların oğulları Mylanın üzü ilk dəfə açıq düşüb.
Qeyd edək ki, Melisa və Yazıcı ötən il Parisdə gizlicə ailə qurub. Onların bu ilin yanvarında övladları dünyaya gəlib.
Onu da əlavə edək ki, Yunanıstanın “Olimpiakos” komandasında çıxış edən Türkiyə millisinin üzvü yeni klubunda ilk mövsümündə çempionluq sevincini yaşayıb.