247Press – Azərbaycan Xəbər Portalı Blog Daxili siyasət İmişlidə yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə keçirilib
Daxili siyasət

İmişlidə yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə keçirilib

İmişlidə yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə keçirilib

İmişli rayonunda “Yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, eləcə də bölgə icra hakimiyyətləri, bələdiyyələr və fermerlər iştirak edib.

Çıxış edənlər yanğın təhlükəsizliyi sahəsində hazırlanan birgə fəaliyyət planı barədə məlumat verərək, aidiyyəti qurumların müştərək fəaliyyətinin vacibliyini vurğulayıblar. Yay mövsümünün yaxınlaşması ilə meşə və yaşıllıq ərazilərdə yanğın halları riskinin artdığına diqqət çəkərək, kənd təsərrüfatı ilə məşğul olanların yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri tövsiyə edilib.

Tədbir iştirakçıları vətəndaşlara yanğın hadisələri barədə dərhal müvafiq qurumlara məlumat vermələrini və meşə ətrafında diqqətli olmaları barədə çağırış ediblər.

Mənbə

Exit mobile version