APA-nın sorğusuna cavab olaraq, 247press-in bildirdiyinə görə, İranın Səhiyyə Nazirliyi Şəhid Rəcai limanında baş verən partlayışdan sonra Bəndər Abbasda ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Nazirlik “ammiak, kükürd dioksidi və azot dioksidi” kimi təhlükəli çirkləndiricilərin yayılması ilə bağlı xəbərdarlıq edib. Fövqəladə hallara cavab qrupları yaradılıb və sakinlərə evdə qalmağı, açıq fəaliyyətlərdən çəkinməyi və pəncərələri bağlamağı tövsiyə edilib.
Həssas qruplara, o cümlədən tənəffüs və ürək xəstəlikləri olan insanlara N95 və ya P2 maskaları taxmağı məsləhət görülüb. Səlahiyyətlilər tez-tez üz yumağı və qoruyucu geyimlərdən istifadə etməyi tövsiyə ediblər.
Partlayış nəticəsində azı 8 nəfərin öldüyü, 750-dən çox insanın yaralandığı bildirilib. Hadisənin səbəbi kimi, limanda saxlanılan təhlükəli kimyəvi maddələrin düzgün saxlanılmaması göstərilir. Yanğın hələ də tam söndürülməyib, bölgədə yanğın intensivliyi artıb.
Mənbə
Leave feedback about this