Aprel 27, 2025
Mətbuat pr 32, Bakı
Digər

İranda güclü partlayış olub, 8 nəfər ölüb, yaralananların sayı 750-ə çatıb-VİDEO-YENİLƏNİB-7

İranın Bəndər Abbas şəhərində limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. 247press-in məlumatına görə, yaralananların sayı isə 750 nəfərə yüksəlib. Yanğın hələ də tam söndürülməyib.

Liman ərazisində daha çox konteyner partlayışı qeydə alınıb. Yerli mənbələrin verdiyi məlumata görə, bir neçə dəqiqə əvvəl alov bir sıra konteynerlərə çataraq onların partlamasına səbəb olub.

Həmçinin, partlayışın kimyəvi maddələr olan anbarda baş verdiyi, yanacaq çəninin partladığı bildirilir. İranın daxili işlər naziri İsgəndər Mömini hadisə ilə bağlı Bəndər Abbasa gedib.


İlk saatlarda yaralı sayı 561 nəfər, daha sonra isə 750 nəfərə çatıb. Hadisə ilə bağlı daha ətraflı məlumatlar hələ də toplanmaqdadır.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video