“247press”in məlumatına görə, İranın Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində yaralananların sayı getdikcə artıb. İlk olaraq 47 nəfər yaralanmışdı, bu rəqəm 80 nəfərə yüksəldilmişdi, daha sonra isə 115, 281 və nəticədə 516 nəfərə çatmışdır.
Hadisə ilə bağlı “Tasnim” xəbər agentliyinin məlumatları əsasında bildirilib ki, yaralılardan bəziləri xəstəxanalara yerləşdirilib. Hələlik partlayışın səbəbi və itkilər barədə dəqiq məlumat verilməyib.
Mənbə