İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında yenidən yanğın baş verib.
Məlumata görə, bir saat öncə şirkət binasında texnika alovlanıb, daha sonra yanğın limana keçib.
Xatırladaq ki, aprelin 26-da Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 100 nəfərdən çox olub.