"247press-in verdiyi məlumata görə, İranın Bəndər Abbas limanında baş verən partlayışa, bərk raket yanacağının tərkib hissəsi kimi istifadə edilən maddə səbəb olub. APA-nın məlumatına görə, bu haqda “New York Times” öz mənbələrinə istinadən xəbər yayıb. Qəzetin yazdığına görə, “İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan şəxs, bərk raket yanacağının əsas tərkib hissəsi olan natrium perxloratın partladığını bildirib.”
Leave feedback about this