Aprel 28, 2025
Mətbuat pr 32, Bakı
Kriminal

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirən 7 nəfərdən 1-i zərərsizləşdirilib, 3-ü saxlanılıb

Aprel ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına yönələn dövlət sərhədini pozmağa cəhd edən 7 naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub.

247press-in “APA”ya istinadən əldə etdiyi məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı “Dayan” əmri verərək sərhəd pozucularını təqib edib və havaya xəbərdarlıq atəşi açıb. Ancaq sərhəd pozucuları əmrə tabe olmayaraq, silahlı müqavimət göstərərək sərhədçilərə atəş açıb.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən silah tətbiq edilib, nəticədə sərhəd pozucularından biri zərərsizləşdirilib, digər 3 nəfər isə qaçmağa müvəffəq olub.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilən əməliyyatlar nəticəsində digər 3 şəxs – Balakən rayon sakinləri, 1998-ci il təvəllüdlü İbrahimov Rəcəb Məhəmməd oğlu, 1990-ci il təvəllüdlü İsayev İsa Maqomedoviç və 1982-ci il təvəllüdlü Uzunov Kamran Kamaldin oğlu saxlanılıb.

Ərazidə aparılan baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 51 kiloqram 884 qram narkotik vasitəyə bənzər maddə və çox sayda psixotrop həb aşkar edilib.

Baş vermiş hadisə ilə bağlı İran İslam Respublikasının sərhəd nümayəndələri ilə müzakirələr aparılıb. Fakt üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən lazım olan əməliyyat-istintaq tədbirləri davam edir.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video