İranın İsfahan vilayətində bir anbarda partlayış baş verib. Hadisə bu gün yerli vaxtla saat 10:30-da qeydə alınıb. Partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Hadisə yerinə xilasedici qruplar, yanğınsöndürən maşınlar və şəxsi heyət cəlb olunub. Partlayışın səbəbləri barədə hələlik məlumat verilməyib.
Mənbə