İşğaldan azad edilən ərazilərə köçürülən 4 300 şəxsin məşğulluğu təmin edilib

Fidan Məmmədli
0 Min Read

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 4300 nəfərin məşğulluğu təmin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 206 sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.

Vətəndaşlardan 284 sakin isə özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik təsərrüfatlarını yaradıb.

Qeyd olunan sakinlərdən daha 680 şəxsin məşğulluğunun təminatı üçün işlər aparılır.

    Share This Article
    Şərh edilməmiş