İsmayıllıda “VAZ-2107” qəza törədib, sürücü ölüb

Fidan Məmmədli
0 Min Read

İsmayıllıda avtomobil qəzası baş verib.

Mayın 28-də saat 04 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində “VAZ-2107” markalı avtomobil yolun təmir gedən hissəsində dayanan ağır tonnajlı texnikaya çırpılıb.

Nəticədə “VAZ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan  bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Mənbə

    Share This Article
    Şərh edilməmiş