“Fəlakət qapımızı döyməmiş şəhəri ən qısa zamanda zəlzələyə hazırlamaq bizim borcumuzdur”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri bildirib. Onun qeyd etdiyinə görə, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ heç bir insan tələfatına səbəb olmasa da, şəhərin gələcək zəlzələlərə hazır olması ilə bağlı səlahiyyətlilər arasında ciddi narahatlıq yaradıb.
"Ona görə də gücümüzü birləşdirməli, birgə hərəkət etməliyik. 13 saniyə davam edən zəlzələ nəticəsində 236, o cümlədən İstanbulda 173 vətəndaşımız panika səbəbindən yüngül xəsarətlər alıb. 20 vətəndaşımızın müalicəsi hələ də davam edir.
Hansı mövqedə olmağımızdan asılı olmayaraq bizim borcumuz fəlakət qapımızı döyməmiş şəhərimizi zəlzələyə ən qısa zamanda hazır vəziyyətə gətirməkdir. İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilmez. Bunun üçün əl-ələ verib, birgə hərəkət etməliyik. Enerjimizi bir-birimizi yormaq üçün deyil, çatışmazlıqlarımızı tez aradan qaldırmaq üçün sərf etməliyik.”
Aprelin 23-də İstanbulda ard-arda zəlzələlər qeydə alınıb. Zəlzələrdən ən güclüsü 6,2 maqnitudalı olub və 10 saniyə davam edib.