ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, iyunun 2-də İstanbulda keçiriləcək danışıqlarda Fransa, Almaniya və Böyük Britaniyanın milli təhlükəsizlik üzrə məsləhətçiləri iştirak edəcək.
Kelloq bunu “ABC News” telekanalının efirində deyib.
“Bizimlə birlikdə adətən ‘Avropa üçlüyü’ adlandırdığımız nümayəndələr də olacaq – bu, Almaniya, Fransa və Britaniyadan olan milli təhlükəsizlik məsləhətçiləridir”, – Trampın xüsusi nümayəndəsi qeyd edib.