İsveçrənin Sürix şəhərində 68 yaşlı qadın qonşusunun Leo adlı pişiyini müntəzəm olaraq yemlədiyinə görə hakim qarşısına çıxarılıb.
Məlumata görə, qadın pişiyi o qədər ələ öyrədib ki, o, daha evə qayıtmayıb.
İsveçrə qanunvericiliyinə görə isə pişiklər “başqalarının malı” sayılır və onların sistemli şəkildə bəslənilməsi və sığınacağın verilməsi qanunsuz yiyələnmə hesab edilir.
Şəhər prokurorluğu başqasının pişiyinə qanunsuz yiyələndiyinə görə təqaüdçünün cərimələnməsini tələb edir.
İş materiallarına görə, o, 10 ay ərzində eyni evdə yaşayan Leonu dəfələrlə yemləyib.
Qadın cəza haqqında ilkin qərarı qəbul etməkdən imtina etdiyi üçün iş məhkəməyə gedib.