İtaliya Ukraynaya ümumi dəyəri üç milyard avro olan silahlar göndərib

Fidan Məmmədli
1 Min Read

“İtaliya 2022-ci ildən etibarən Ukraynaya təxminən üç milyard avro dəyərində silah və döyüş sursatı göndərib”.

Bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto parlamentin təhlükəsizlik komitəsinin qapalı iclasında məlumat verib.

Bildirilib ki, söhbət Ukraynanın ehtiyacları üçün xüsusi olaraq alınmış silahlardan deyil, uzun illər ərzində respublikanın silahlı qüvvələrinin anbarlarında artıqlaması ilə olan ehtiyatlardan gedir.

Q.Krosetto komitənin iclasında qeyd edib ki, Ukraynanın əsasən köhnəlmiş silahlarla təmin olunmasına baxmayaraq, İtaliyanın qarşısında təcili olaraq milli arsenallarını artırmaq vəzifəsi durur.

Mənbə

    Share This Article
    Şərh edilməmiş