İtkin düşən şəhid atası tapıldı – Foto – Yenilənib

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
2 Min Read

Daşkəsəndə şəhid atası meşədə itkin düşüb.

Məlumata görə, rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, şəhid atası 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, evə qayıtmayıb.

Bildirilib ki, o, son olaraq dünən axşam saatlarında qızı ilə əlaqə saxlayıb və evə gələcəyini deyib. Lakin daha sonra K.Abdullayevdən xəbər almaq mümkün olmayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hazırda K.Abdullayevin yerinin müəyyən edilərək tapılması istiqamətində polis tərəfindən tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Kamil Abdullayev Vətən müharibəsi şəhidi Şəhriyar Abdullayevin atasıdır. Ş.Abdullayev 1987-ci il martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ş. Abdullayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub. Daşkəsəndəki Şəhidlər xiyabanında dəfn olunub. Prezident Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ailəli olub, 2 qızı yadigar qalıb.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Daşkəsən rayonunun Bayan kəndində 1 nəfərin meşəlik ərazidə itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda vətəndaş – 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlunun itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

***

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində K.Abdullayev qonşu rayon olan Göygöldə tapılıb. Onun meşəlik əraziləri keçərək digər rayonun ərazisinə getdiyi məlum olub.

Yunis Quliyev

Fotoda şəhid Şəhriyar Abdullayev

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş