Aprel 30, 2025
Mətbuat pr 32, Bakı
Xarici siyasət

Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndəki evlərin inşası yekunlaşıb

Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi”nin 7, 8, 11 və 12-ci kvartallarında tikinti işləri başa çatıb. Müasir memarlıq üslubunda inşa olunmuş evlər günəş panelləri ilə təchiz edilib. Toplamda dörd kvartalda 26 yaşayış binası tikilərək 456 mənzil və 328 qeyri-yaşayış obyekti yaradılıb. Yeni yaşayış massivi eyni zamanda ticarət və sosial obyektlər, parklar və uşaq meydançaları da əhatə edir.

Qeyd edək ki, 2023-cü ilin fevralında bölgədə baş verən zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə yaralanıb; 38 min 901 bina dağılıb.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video