
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını gözləyir.
“Report”un Albaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə jurnalistlərə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
K.Kallas hesab edir ki, Bakı və İrəvan sazişi əldə etməyə çox yaxındırlar: “Düşünürəm ki, sülh sazişinin tezliklə imzalanması bütün tərəflərin maraqlarına cavab verir”.
O vurğulayıb ki, sammit çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüş planlaşdırır: “Mən burada Ermənistanın baş naziri ilə görüşəcəyəm. Mən həmçinin Ermənistana gedəcəyəm. Hesab edirəm ki, regionda gərginliyin azaldılması üçün nə edə biləcəyimiz barədə düşünmək də vacibdir”.