May 1, 2025
Mətbuat pr 32, Bakı
Kamran Əliyev yenidən Baş prokuror təyin olunub
Rəsmi xəbər

Kamran Əliyev yenidən Baş prokuror təyin olunub

Kamran Əliyev yenidən Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.

Məlumata görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, “Prokurorluq haqqında qanun”un 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Baş prokurorunun səlahiyyət müddəti 5 ildir. Kamran Əliyev 1 may 2020-ci ildən Baş prokuror təyin edilmişdi.

Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən, Milli Məclis Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. Bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb və parlament Kamran Əliyevin Baş prokuror təyin olunmasına razılıq verib.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video