KİV: Putin Ukraynanın dörd bölgəsinə tam nəzarəti ələ keçirməyi planlaşdırır

Fidan Məmmədli
1 Min Read

Vladimir Putin əmindir ki, 2025-ci ilin sonuna qədər rus ordusu Kremlin artıq Rusiyanın bir hissəsi elan etdiyi Ukraynanın dörd bölgəsinə tam nəzarəti ələ keçirə biləcək.

Bu barədə Rusiya rəhbərliyinə yaxın mənbələrə istinadən nüfuzlu “Bloomberg” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Rusiya liderinin bu əminliyi onun ABŞ Prezidenti Donald Trampla mühüm telefon danışığından əvvəl mövqeyinə əhəmiyyətli dərəcədə təsir edir.

Ekspertlər qeyd edirlər ki, indiki vəziyyətdə V.Putin çətin ki, ABŞ tərəfinə ciddi güzəştə getsin.

“Kreml hesab edir ki, onun bu geosiyasi oyunda “əli möhkəmdir” – deyə , Rusiya prezidentinin mövqeyi ilə tanış olan şəxsə istinadən qeyd edilir.

Mənbə

    Share This Article
    Şərh edilməmiş