=
Rusiyalı müğənni Filipp Kirkorovun Sankt-Peterburqdakı konserti zamanı gödəkçəsinin qolu yanıb.
247press-in məlumatına görə, bu barədə “Moskva 24” telekanalı xəbər yayıb.
Hadisə ifaçı səhnədə olarkən arxasından fişənglərin işə düşməsi nəticəsində baş verib. Kirkorov şou zamanı yandığını hiss etdikdə qışqırmağa başlayıb.
Konsert qısa müddətə dayandırılsa da, daha sonra davam etdirilib.
Sənətçi daha sonra xəsarət almadığını və hər şeyin qaydasında olduğunu bildirib.
Görüntüləri təqdim edirik:
