Kriptovalyuta bazarının son göstəriciləri

Fidan Məmmədli
1 Min Read

Mayın 27-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti ucuzlaşıb.

Dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:30-da “CoinMarketCap” platformasında 0.87% ucuzlaşaraq 108 666 ABŞ dolları təşkil edib.

Son bir gündə “Ethereum”un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.55% azalaraq 2555 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan Tether 0.02%, XRP son sutkada 2.50% bahalaşıb, BNB isə 0.03% bahalaşıb.

Qeyd edək ki, “Bitcoin”in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.

Mənbə

    Share This Article
    Şərh edilməmiş