Keçən həftə Şimali Koreya (KXDR) yeni suya buraxılmış “Çve Rön” çoxməqsədli esminesinin silah sistemlərinin döyüş tətbiqini sınayıb. Koreya Mərkəzi Teleqraf Agentliyinin (KMTA) verdiyi məlumata görə, sınaqlar aprelin 28-i və 29-da həyata keçirilib.
Sınaq müddətində səsüstü qanadlı raketlər, strateji qanadlı raketlər, zenit raketləri, eləcə də 127 millimetrlik göyərtə avtomatik topu istifadə edilib. Eyni zamanda, gəmiəleyhinə taktiki idarə olunan silahlar, tüstü topları və radio maneə toplarının da sınağı keçirilib.
KXDR lideri Kim Çen In, bu sınaqları müşahidə edərək “dövlətin və dəniz suverenliyinin mövcud və potensial təhdidlərdən qorunması üçün Hərbi Dəniz Qüvvələrinin nüvə silahlanmasının sürətləndirilməsinin” vacibliyini vurğulayıb.
Mənbə
Leave feedback about this