Aprel 30, 2025
Mətbuat pr 32, Bakı
Daxili siyasət

Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər

Leyla Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin rəhbəri, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ilə birlikdə Türk Mədəniyyəti və İrsi Fondunun inzibati binasını ziyarət etdi. Fondun prezidenti Aktotı Raimkulova türk xalqlarının irsinin qorunması ilə bağlı həyata keçirilən işlər haqqında məlumat verdi. Leyla Əliyeva, TMİF-nin Türk dünyasının mədəniyyətinin tanıdılması yönündəki fəaliyyətini yüksək qiymətləndirərək, gənclərin layihələrdə iştirakının artırılmasının vacibliyini vurğuladı.

Ziyarət çərçivəsində, TMİF-nin muzeyindəki eksponatlarla tanış olduqdan sonra, onlar mədəni proqramı izlədilər. Sonda Leyla Əliyeva, TMİF-nin xatirə kitabına ürək sözlərini yazdı.

Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşib. Fond, türk mədəniyyətinin qorunması və təbliği məqsədilə müxtəlif layihələr həyata keçirir. Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın və Türkiyənin üzv olduğu TMİF-nin mənzil-qərargahı Bakıda yerləşir.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video