Məhkəmə Türkiyənin tanınmış aktyoru Halit Ergenc barəsində həbs qərarı çıxarıb

1 Min Read

Məhkəmə Türkiyənin tanınmış aktyorları Halit Ergenç ilə Rıza Kocaoğlu barəsində azadlıqdan məhrumetmə qərarı çıxarıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, məhkəmə Halit Ergenci 1 il 10 ay 15 gün, Rıza Kocaoğlunu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.

Məlumata görə, onlar “Gəzi parkı” hadisələri ilə əlaqədar cəzalandırılıblar.

Qeyd edək ki, Halit Ergenç “Muhteşem yüzyıl”, “Min bir gece” və “Babil” kimi nüfuzlu seriallarda əsas rolları ifa edib.

Rıza Kocaoğlu isə “Kuzey Güney”, “Karadayı” və “Ezel” kimi ekran işlərində rol alıb.

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version