Hollivud ulduzu və iş qadını Sara Cessika Parker övladlarını gələcəkdə maliyyə baxımından dəstəkləmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, uşaqlar maddi cəhətdən müstəqil olmağı öyrənməlidirlər.
Aktrisa bu barədə bir müsahibəsində danışıb.
Praqmatik yanaşması ilə tanınan Sara Cessika Parker uşaqları ilə bağlı maliyyə prinsiplərini açıq şəkildə açıqlayıb.
“İstəmirəm ki, uşaqlarım mənim uğurlarıma, xüsusilə də maliyyə imkanlarıma güvənsinlər. Mənim üçün əsas odur ki, onlar təkcə ali təhsil almasın, həm də sabit gəlir gətirə biləcək bir peşəyə sahib olsunlar. Çünki bu dövrdə maliyyə müstəqilliyi rifahın təməlidir”, – deyə o bildirib.
Aktrisa əlavə edib ki, uşaqlarını həm maraqlı, həm də çətin məqsədlər uğrunda çalışmağa təşviq edir:
“İstəyirəm ki, onlar öz ayaqları üstündə dura bilsinlər – həm emosional, həm də maliyyə baxımından”.
Qeyd edək ki, Sara Cessika Parker və onun artıq 30 ildən çoxdur evli olduğu aktyor həyat yoldaşı Metyu Broderikin üç övladı var: 22 yaşlı oğlu Ceyms Uilki və 15 yaşlı əkiz qızları Tabita Hodc və Marion Loretta Elvell. Oğlu Uilki artıq aktyorluq karyerasına ilk addımlarını atır.