Məşhur reper Rihannanın geyimlərini geyinir

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Müğənni Rihannanın sevgilisi, məşhur reper A$AP Rocky qadın paltarı geyinmək istəyini açıqlayıb.

Məlumata görə, o, bu barədə “Vogue” jurnalının “The Run-Through” podkastında danışıb.

Musiqiçi etiraf edib ki, tez-tez sevgilisi Rihannanın qarderobundan paltar və aksesuarlar götürür. İfaçının sözlərinə görə, o, feminizmlə maskulinizm (qadınlıq və kişilik) arasında sərhəd görmür.

“Mən nə istəyirəmsə, onu da edirəm. Başqa cəsur kişilərin də hərəkətə keçməsi üçün katalizator olmaq istəyirəm”, – deyə A$AP Rocky bildirib.

Müğənni obraz yaradarkən onun üçün heç bir maneə olmadığını etiraf edib.

“Rihannanın hətta oğurladığım bəzi paltarlardan xəbəri belə olmur. Bəzən paparassilərin fotosunu görüb deyir: ‘Axı bu, mənim 2021-ci ildən bəri tapa bilmədiyim Miu Miu gödəkçəmdir. Bu nə cəfəngiyatdır?'”, – deyə reper zarafatla əlavə edib.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş